İnsanlarımız
Şirkətimizin insanları bizim ən dəyərli üstünlüyümüzdür. Biz əməkdaşlarımızı hər zaman yüksək qiymətləndirir və onları şirkətin nailiyyətlərinə səbəb olan əsas motivlər olduğunu bilirik. Şirkətimizdə təşkilatın missiyası və korporativ dəyərlərinə uyğun olaraq, insanlarımızın məhsuldarlığı artırmaq və onların peşəkar kimi inkişaf etdirmək üçün əlimizdən gələni edirik. İnsan kapitalı bizim üçün ən vacib amildir və PMD-də biz davamlı olaraq əməkdaşlarımızın peşəkar inkişafını və rifahını təmin etmək üçün siyasət və yeniliklər formalaşdıracağıq.
Təşkilat strukturumuzda əməkdaşlarla effektiv ünsiyyət və şəffaflıq yüksək prioritet hesab olunur. Biz həmişə hər bir departamentimizdə insanların şirkətdəki bütün dəyişikliklər və yeniliklərdən xəbərdar olmasını təmin edirik. PMD-də hər bir proses, o cümlədən yeni yaradılmış bütün prosedurlar insanlarımızın ehtiyacları, eləcə də onların gələcək peşəkar inkişafına uyğun müəyyən edilir.
Üzvlük və Peşəkar İnkişaf
Peşəkar inkişaf PMD Group üçün əsas prioritetdir. Bizim uzunmüddətli strategiyamıza əməkdaşlarımızın peşəkar inkişafı daxildir. Bu məqsədə nail olmaq üçün təşkilat daxilində bütün əməkdaşlar üçün təlim proqramları həyata keçirilir və müxtəlif sahələrdə təhsil imkanlarını maliyyələşdirilir. Bu strategiyanın mühüm tərkib hissəsi kimi biz müxtəlif yerli və beynəlxalq qurumlarla əməkdaşlıq edir və peşəkar təşkilatlara üzv oluruq. Keçən il biz ACCA-nın (Association of Chartered Certified Accountants) üzvü olmuş və bu təşəbbüslə əməkdaşlarımız üçün CFA, CIA və CIPS üzvlüyü imkanı yaratmışıq.
Bizim təlim proqramlarımız təkcə dünya səviyyəsində sertifikatlarla məhdudlaşmır, həm də yerli tendensiyaları və inkişafları nəzərə alırıq. Təşkilat olaraq biz insanlarımızın inkişafını dəstəkləməkdən və onların uğur və nailiyyətlərini görməkdən qürur duyuruq. PMD hər zaman öz işçilərinin inkişafı strategiyasına sadiq qalaraq onu daim təkmilləşdirməyi hədəfləyir.
Mükafatlar
Biz düşünürük ki, biznesdə uğur və nailiyyətlər heç vaxt bir nəfər tərəfindən əldə edilmir; onlar insanlardan ibarət komanda tərəfindən həyata keçirilir. Şirkət olaraq bütün nailiyyətlərimizə görə təşkilatımızın komandalarındakı peşəkar insanlara təşəkkür edirik. Gənc amma tanınmış şirkət olmağımıza baxmayaraq, biz minnətdarlığımızı göstərmək üçün beş və daha çox ildir bizimlə olan əməkdaşlarımızı davamlı zəhmətlərinə görə mükafatlandırırıq. PMD-də biz daima insanlarımızı ruhlandırmağa və onların şirkətimizdəki nailiyyətlərini mükafatlandırmağa davam edəcəyik.
Təcrübə Proqramları
Gənclərimiz Azərbaycanın gələcəyinin bünövrəsidir. 2016-cı ildən biz universitetlərlə tərəfdaşlıq müqavilələri imzalayaraq gənc istedadlar üçün təcrübə proqramlarını həyata keçirməyə başlamışıq. Azərbaycan Memarlıq və İnşaat Universiteti təhsil təşəbbüsümüzə qoşulan ilk universitet olmuşdur. Tərəfdaşlığımızın iki ili ərzində təcrübə proqramlarını uğurla başa vurmuş tələbələr şirkətimiz daxilindəki layihə komandaları üçün müxtəlif vəzifələr üçün işə cəlb olunmuşdurlar.
Bundan əlavə, biz son illərdə daha çox gənc istedadları təcrübə proqramlarımıza cəlb etmək və işə qəbul etmək üçün müxtəlif təhsil və karyera sərgilərində iştirak etmişik. Gənclərimiz üçün daha çox iş imkanları yaratmaq üçün ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıqlar olmuşdur. Bu il biz PMD-nin müxtəlif şöbələrində fəaliyyət göstərmək üçün on beş təcrübəçini işə götürmüşük. Təcrübə müddətində tələbələr korporativ mədəniyyəti, peşəkar iş mühitini yaşayaraq vacib bacarıq və biliklərə yiyələnmişdirlər. Onlardan 5-i təcrübə müddətini uğurla başa çatdıraraq şirkətimizin şöbələrində müxtəlif vəzifələrə tam ştatlı işçi kimi fəaliyyətə başlamışdırlar.
Biz korporativ birlik olaraq Azərbaycan gənclərinin təhsilinə böyük əhəmiyyət verir və onların peşəkar inkişafına daim dəstək oluruq. Biz şirkət olaraq gənc nəsillərin savadlanması və cəmiyyətimizin daha da çiçəklənməsi yolunda təcrübə proqramlarımızı davam etdirmək üçün əlimizdən gələni edəcəyik
Karyera İmkanları
Bizim işə qəbul prosesimiz ədalətlidir və yerli və dünya miqyasında olan insan resurslarının idarə edilməsi standartlarına əsaslanır. Azərbaycan vətəndaşlığı olan və ya Azərbaycanda işləmək hüququ olan hər kəs şirkətimiz daxilində mövcud vakansiyalar üçün müraciət edə bilər.
Maraqlanan bütün namizədlər öz CV-lərini və motivasiya məktublarını internet saytımızın müvafiq bölməsinə yükləyə və ya birbaşa işə qəbul electron poçt ünvanımıza göndərməklə mövcud vakansiyalara müraciət edə bilərlər. CV-nin yoxlanılması prosesindən sonra seçilmiş namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Bütün namizədlərə müsahibə mərhələsinin və ya CV-nin yoxlanılması prosesinin nəticələri barədə elektron poçt vasitəsilə məlumat veriləcək. Bundan əlavə, göndərilən bütün CV-lər gələcək iş imkanları üçün məlumat bazamızda toplanır.
Vakansiyalar siyahısı
Baş Mexanika Mühəndisi
Summary
About this role
Təsvir Mexanika layihələrinin yoxlanılması, analiz olunması və lazımi düzəlişlərin təklif olunması Layihələr üzrə həftəlik hesabatların rəhbərliyə təqdimatı Mühəndislik planlarının nəzərdən keçirilməsi, hesabat və layihələndirilməsinə nəzarət Layihələrin yerli və beynəlxalq standartlara, təhlükəsizlik qaydalarına uyğun olmasının təmin edilməsinə nəzarət etmək Müxtəlif mühəndislik fənləri, tətbiq üsulları və materialları haqqında biliklərin tədqiqi Podratçı şirkətin mexanika mühəndislərinin işini izləmək və tövsiyələr vermək, tələb olunduğu təqdirdə seminarlar təşkil etmək Podratçı və subpodratçı mexanika layihə qruplarına nəzarət etmək, onlara dizayn spesifikasiyalarını şərh etməkdə kömək etmək Layihə proqramının tələblərini hazırlamaq Layihə ilə əlaqəli məsələlərin vaxtında həll olunmasını və layihə tələblərinin yerinə yetirilməsini təmin etmək üçün tərəfdaşlarla ünsiyyətdə olmaq Qarşıya qoyulmuş məqsəd və hədəflərə çatmaq üçün podratçı şirkətlərlə sıx əlaqədə olmaq Layihə ehtiyaclarını və məqsədlərini müəyyən etmək üçün birbaşa rəhbəri ilə işləmək Podratçılar və subpodratçılar tərəfindən görülən işlərin düzgünlüyünü yoxlamaq və rəhbərliyə hesabat şəklində çatdırmaq Müxtəlif təyinatlı layihələrə görə mütəxəssislər ilə məsləhətləşmələr aparmaq Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək Tələblər Mexanika mühəndisliyi üzrə ali təhsil Mexanika mühəndisi (layihələndirmə üzrə) kimi minimum 10 il iş təcrübəsi Kompüter bacarıqları: AutoCAD və REVIT-dən istifadəni yüksək səviyyədə bacarmaq Yüksək idarəetmə və ünsiyyət bacarıqları Detal yönümlü və yüksək analitik bacarıqlar Yüksək təqdimat və komandada işləmək bacarığı Dil bilikləri: Azərbaycan dili - səlis, ingilis dili - yaxşı və əlavə dillər arzuolunandır
Müraciət et
Your form succesufully send
Ipsum aliquam in quis tristique sit. Nunc id natoque suspendisse ipsum vitae faucibus sed arcu.
Back to main pageTəcrübə Proqramları
Gənclərimiz Azərbaycanın gələcəyinin bünövrəsidir. 2016-cı ildən biz universitetlərlə tərəfdaşlıq müqavilələri imzalayaraq gənc istedadlar üçün təcrübə proqramlarını həyata keçirməyə başlamışıq. Azərbaycan Memarlıq və İnşaat Universiteti təhsil təşəbbüsümüzə qoşulan ilk universitet olmuşdur. Tərəfdaşlığımızın iki ili ərzində təcrübə proqramlarını uğurla başa vurmuş tələbələr şirkətimiz daxilindəki layihə komandaları üçün müxtəlif vəzifələr üçün işə cəlb olunmuşdurlar.
Bundan əlavə, biz son illərdə daha çox gənc istedadları təcrübə proqramlarımıza cəlb etmək və işə qəbul etmək üçün müxtəlif təhsil və karyera sərgilərində iştirak etmişik. Gənclərimiz üçün daha çox iş imkanları yaratmaq üçün ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıqlar olmuşdur. Bu il biz PMD-nin müxtəlif şöbələrində fəaliyyət göstərmək üçün on beş təcrübəçini işə götürmüşük. Təcrübə müddətində tələbələr korporativ mədəniyyəti, peşəkar iş mühitini yaşayaraq vacib bacarıq və biliklərə yiyələnmişdirlər. Onlardan 5-i təcrübə müddətini uğurla başa çatdıraraq şirkətimizin şöbələrində müxtəlif vəzifələrə tam ştatlı işçi kimi fəaliyyətə başlamışdırlar.
Biz korporativ birlik olaraq Azərbaycan gənclərinin təhsilinə böyük əhəmiyyət verir və onların peşəkar inkişafına daim dəstək oluruq. Biz şirkət olaraq gənc nəsillərin savadlanması və cəmiyyətimizin daha da çiçəklənməsi yolunda təcrübə proqramlarımızı davam etdirmək üçün əlimizdən gələni edəcəyik
Karyera İmkanları
Hörmətli Namizəd, əgər hazırda sizə uyğun vakansiya yoxdursa, CV-nizi bu bölməyə yükləyə bilərsiniz. CV yükləndikdə, o, məlumat bazamızda saxlanılır və gələcəkdə sizin üçün uyğun vakansiya olduqda nəzərdən keçirilir.