Bayıl Plaza biznes mərkəzi Neftçi Qurban küçəsi 29 ünvanında, Dəniz mall və Bayraq meydanının əhatəsində yerləşir.
1 bina və 6 mərtəbədən ibarət olan kompleksin “PASHA Technology”, “Code Academy”, “Digirati” və “Ante Technologies” kimi aparıcı yerli və beynəlxalq şirkətlərin seçim məkanı olması burada ideal biznes şəraitinin mövcudluğunun daha bir sübutudur. Bayıl Plaza biznes mərkəzi icarədarlara müxtəlif ofislər – balaca ofislərdən başlayaraq 1 mərtəbənin açıq ofis kompleksinədək təklif edir. Biznes mərkəzi Xəzər dənizinə açılan füsunkar mənzərəsi ilə iş adamlarına müasir və komfortlu işgüzar mühit təklif edir. Bina kartla giriş sistemi, qeydiyyat bölməsi və qonaqlar üçün Lobbi Bar ilə təmin olunmuşdur. 24 saat iş rejmi, 24 saat video müşahidə və təhlükəsizlik xidməti icarədarlar üçün rahat və sərbəst iş mühitini təmin edir.
Bayıl Plaza biznes mərkəzi, yüksək sürətli internet, 3 ədəd Finlandiya istehsalı olan, müasir, sürətli və səssiz KONE liftəri və 1 ədəd yük lifti kimi üsünlüklərə malikdir. Tikilidə 2 restoran, 35 nəfərlik iclas zalı, yüksək səviyyəli texniki və təmizlik xidməti mövcuddur.
“Üzeyir Hacıbəyli 57” ofislərinin yerləşdiyi ərazi biznes üçün çox əlverişlidir.
"Çinar Plaza" biznes mərkəzi Bakının mərkəzi prospektində, Heydər Əliyev prospektində yerləşir
Dalğa Plaza beynəlxalq standartlar və iş mərkəzlərinin tələbləri əsasında hazırlanmış, dəniz mənzərəsi və gözəl fasadı olan, müasir, A Klass ofis kompleksidir