Çinar Plaza biznes mərkəzi Bakının mərkəzində - Heydər Əliyev prospektində yerləşir.
Ümumilikdə 1800 nəfərin çalışması üçün rahat və hərtərəfli şəraitlə təchiz edilmiş binada biznesin uğurlu inkişafı üçün hər şərait mövcuddur. Tikili təhlükəsizliyinizin tam təmin olunması üçün 24 saat videomüşahidə və təhlükəsizlik xidməti, həmçinin yanğıdan mühafizə sistemi ilə təmin edilmişdir. Çinar Plaza biznes mərkəzində 24 saat iş rejmi mövcuddur. Binada 212 ədəd avtomobil tutumu olan 4 mərtəbəli avtodayanacaq mövcuddur. Kartla giriş sistemi, qeydiyyat bölməsi və qonaqlar üçün gözləmə zalı və Lobbi Bar icarəçilərin qonaqlarında yüksək səviyyədə təssüürat yaradacaqdır. Biznes mərkəzində 273 nəfərədək tutumu olan, ümumilikdə 3 iclas zalı mövcuddur.
Çinar Plaza biznes mərkəzini əməkdaşların rahatlığı üçün hər mərtəsində 2 mətbəx, binada isə 2 restoranla təmin olunmuşdur. 28-ci mərtəbədə yerləşən restorandan şəhərə gözoxşayan panorama açılır. Bundan əlavə Bina yüksək sürətli internet, havalandırma sistemi və İsitmə-soyutma sistemi kimi üstünlükərə malikdir. 6 ədəd Finlandiya istehsalı olan “KONE” liftəri bina daxilindi rahat hərəkəti tam təşkil edir.
Biznes mərkəzi Xəzər dənizinə açılan füsunkar mənzərəsi ilə iş adamlarına müasir və komfortlu mühit təklif edir
“Üzeyir Hacıbəyli 57” ofislərinin yerləşdiyi ərazi biznes üçün çox əlverişlidir.
Dalğa Plaza beynəlxalq standartlar və iş mərkəzlərinin tələbləri əsasında hazırlanmış, dəniz mənzərəsi və gözəl fasadı olan, müasir, A Klass ofis kompleksidir