Əmlak idarəetməsinə (Property Management) daşınmaz əmlakın icarəsi, icarə sənədlərinin hazırlanması, imzalanması və yenilənməsi, icarə haqqlarının toplanması, mülkiyyətin qorunması, əmlak üçün zəruri təmirin təşkil edilməsi, daşınmaz əmlakın saxlanılması üçün büdcə qurulması və onun həyata keçirilməsi daxildir.
Daşınmaz əmlakın inkişafına (Development) mövcud binaların təmiri, bərpası və yenidən icarəyə verilməsi, xam (istifadə olunmayan) torpaqların alınması və inkişaf etdirilməsi daxildir.
PMD insanlar üçün ev, alış-veriş mərkəzi, ofis məkanı dedikdə, nəyin vacib olması məfhumunu və trendini mütəmadi izləyir və təhlil edir. Bunun nəticəsi olaraq, daim müştərilərin həyat tərzini yaxşılaşdırmaq məqsədi ilə, əl-verişli yerlər, gözəl ətraf mühit, innovativ xidmətlər yaradır. Komandamızın hər bir üzvü bu işin əhəmiyyətini başa düşür və işinə məsuliyyətlə yanaşır. Bu dayanıqlı yanaşma sayəsində, PMD-nin gələcək inkişaf planlarından biri də, daşınmaz əmlak sektorunda Azərbaycanda gedən yenidənqurma proseslərinə öz töhfə və dəstəyini vermək, bununla yanaşı, dinamik inkişaf edən yerli bazarda liderlik mövqeyini qoruyub saxlamaqdır.
Məqsədimiz yalnız mənfəət əldə etmək deyil, eyni zamanda ölkəmizdə daşınmaz əmlak bazarının inkişafına sərmayə qoyaraq, effektiv idarə edilən və innovativ layihələrin üzərində çalışmaq idi. Qısa zaman ötsə də, biz bu məqsədimizə nail olmağı bacarmışıq.
Şirkətimiz yaşayış kompleksləri, müasir alış-veriş mərkəzləri, premium otellər, biznes mərkəzləri kimi nəhəng memarlıq layihələrinə imza ataraq böyük nailiyyətlər əldə etmişdir. Həmçinin, tarixi əhəmiyyətli binalar “PMD Group” MMC tərəfindən bərpa və reabilitasiya edilərək şəhərimizə gözəllik qatmışdır. Hazırda genişmiqyaslı və uğurlu layihələrimiz ölkəmizin hər tərəfini əhatə edir. Davamlı səylərimiz nəticəsində bazarın aparıcı və nümunəvi şirkətlərindən birinə çevrilmişik.
Əldə etdiyimiz uğurlar və bazarda qazandığımız nüfuz təkcə əzm və davamlı səylərimizin nəticəsi deyil, həm də şəffaflığımızın, dürüstlüyümüzün və yüksək etik standartlarımızın təzahürüdür. Məqsədimiz müştərilərimizin ehtiyaclarını ödəmək, gözləntilərini üstələmək, eyni zamanda, tərəfdaşlarımız üçün fayda yaratmaqdır.
Gələcəyə daha inamla irəliləyərək keyfiyyətli xidmət təklif etməyə və davamlı inkişafın təmin olunması üçün bundan sonra da milli iqtisadiyyata və doğma ölkəmizin hərtərəfli inkişafına töhfə verməyə davam edəcəyik.
Dərin ehtiramla,
Baş İcraçı Direktor