AZ

Mənzillərdən açılan ecazkar dəniz və şəhər panoraması ilə ağıllı ev konseptinin bir araya gəldiyi, möhtəşəm memarlıq üslubu ilə inşa edilən “Gumush Residence” premium yaşayış kompleksi təkcə yüksək keyfiyyət göstəricisi deyil, həm də hərtərəfli funksional üstünlükləri sayəsində sakinlərin bütün istəklərini qarşılaması ilə bənzərsizdir

Həsən Seyidbəyli küçəsi 66 ünvanında olan “Gumush Residence” premium yaşayış kompleksi Bakının iş mərkəzindən cəmi 10 dəqiqəlik məsafədə yerləşir. Bu şəhərin elə bir hissəsidir ki, burada yaşamaq nüfuzlu və rahatdır. Kompleksdən Prezident Administrasiyasına, Nazirlər Kabineti və Bakı şəhər İcra Hakimiyyətinə cəmi 500 metrdir. Bakının qədim və tarixi mərkəzi olan İçəri Şəhər kompleksindən 500 metr məsafədədir. “Gumush Residence” premium yaşayış kompleksi sosial, və asudə infrastrukturunun müxtəlifliyi baxımından ideal yerdə yerləşir. Yaxında bir neçə məktəb və uşaq bağçaları, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisadi Universiteti, Qərb Universiteti kimi ali məktəblər var. “Gumush Residence” yaşayış kompleksinin əhatəsində çoxlu sayda yerüstü ictimai nəqliyyat dayanacaqları, həmçinin təxminən 500 metrlik məsafədə “İçəri Şəhər” metro stansiyası olduğunu görmək olar. Öz avtomobilində hərəkət etməyi seçənlər Nəriman Nərimanov prospekti, Mehdi Hüseyn küçəsi və Parlament Prospekti kimi və başqa mərkəzi nəqliyyat magistrallarına çıxa bilərlər.

“Gumush Residence” yaşayış kompleksinin tərkibinə 8, 16, 18 və 20 mərtəbəli 5 bina daxildir. 24 saat mühafizədən başqa, kompleksin ərazisi əlavə təhlükəsizliyi təmin edən videomüşahidə kameraları ilə təchiz olunmuşdur. “Gumush Residence” premium yaşayış kompleksinin mənzilləri sahə çeşidliliyi ilə də seçilir. Mənzil sahələri 96.45 m2-dən 335.70 m2-dək (Mənzillərimiz 2 otaqdan 5 otağadək) olmaqla alıcılar üçün  müxtəlif seçimlər təqdim edir. Kompleksdə sakinlərin rahatlığı nəzərə alınaraq, uşaq əyləncə kompleksi, yeraltı və yerüstü parking və fitnes mərkəzi yaradılmışdır.

Gumush Residence Gumush Residence Gumush Residence Gumush Residence Gumush Residence

Yaşayış Binaları

Hamısına bax
Hillside Residence
Hillside Residence

102.1 m2-dən 312,9 m2-dək

Nizami Boutique House
Nizami Boutique House

142m2-dan 691m2-dək

Xəzri Rezidens
Xəzri Rezidens

58m2-dan 181m2-dək