Tarixi Ağdamın yeni baş planına əsasən şəhərdə həm fərdi evlər, həm də ortamərtəbəli yaşayış binalarının inşa olunması planlaşdırılmışdır. Böyük Qayıdışın ilkin mərhələsində yaşayış şəraiti məqbul olmayan keçmiş məcburi köçkünlərə üstünlük veriləcək və onlar dövlət tərəfindən tikilən evlərlə təmin olunacaqdır. Ağdam ərazisində dövlətimiz tərəfindən inşa olunan yaşayış binaları ilə yanaşı özəl sektor nümayəndələri müxtəlif layihələrin icrasını həyata keçirir və özünəməxsus töhfələr verirlər.
Azərbaycanın ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “PMD Group” MMC də bu fəaliyyətlərdə iştirak edir. İşğaldan azad olunmuş ərazilərimizdə inşa edilən ilk yaşayış komplekslərindən biri PMD tərəfindən icra olunan "Ağdam Rezidens"dir.
Ağdam Rezidens müasir və rahat mənzillər, yaşıl ərazi və dayanıqlı dizaynı ilə bənzərsizdir. İnşası davam edən layihə Ağdam şəhərinin mərkəzinə yaxın ərazidə və əsas yolların üzərində yerləşir. Yaşayış kompleksi 45 ədəd 1 otaq studio tipli, 108 ədəd 2 otaqlı, 48 ədəd 3 otaqlı və 8 ədəd 4 otaqlı olmaqla, ümumilikdə 209 mənzildən ibarətdir.
İnşa olunan bu yaşayış kompleksi sözsüz ki, Ağdam şəhərinin yenidən qurulması, abadlaşdırılması və inkişafının təmin olunması istiqamətində öz əvəzsiz töhfəsini verəcəkdir.
102.1 m2-dən 312,9 m2-dək
142m2-dan 691m2-dək
58m2-dan 181m2-dək