PMD Group-da yüksək keyfiyyətli xidmətlər göstərməklə yanaşı, həm də cəmiyyət üçün davamlı və dayanıqlı bir gələcək qururuq. PMD Group, insanlar üçün müsbət dəyərlər yaratmağı və onlar üçün sosial, ekoloji, iqtisadi və idarəetmə hədəflərinə doğru irəliləməyi öz öhdəliyinə götürmüşdür. Dayanıqlılıq strategiyamızın təsirini artırmaq üçün ESG təcrübələrini və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini strategiyamıza inteqrasiya etmişik. Bu gün PMD Group, gələcək nəsillər üçün daha dayanıqlı və yaxşı bir gələcək qurmaq üçün dayanıqlılıq strategiyasını həyata keçirməsini və onu daim təkmilləşdirəcəyini qürurla bildirir.
İnsanlarının təhlükəsizliyi PMD Group-un əsas prioritetlərindən biridir. Şirkət həm fiziki, həm də zehni olaraq işçilərinin sağlamlığını, təhlükəsizliyini və rifahını təmin etmək üçün bütün zəruri tələbləri və prosedurları həyata keçirir. PMD Qrupunun təchizat zəncirindəki bütün podratçılardan şirkətlə işləmək üçün yerli qanunlara riayət etmələri ilə yanaşı, həm də Tender Komitəsi tərəfindən müəyyən edilmiş qiymətləndirmədən keçmələri tələb olunur. PMD Group, podratçılarını onların etik, ekoloji və təhlükəsizlik təcrübələrinə və qaydalarına əsaslanaraq seçir. Bundan əlavə, COVID-19 virusuun yayılmasının qarşısını almaq üçün xüsusi karantin qaydaları zamanı PMD Group həm ofislərdə, həm də tikinti sahələrində işçilərini qorumaq üçün bir sıra təhlükəsizlik tədbirləri həyata keçirdi. Əməkdaşlarımızı virusdan qorumaq üçün yaradılan bu qabaqlayıcı tədbirlər hələ də qüvvədədir.
PMD Group bütün fəaliyyətlərini qlobal konvensiyaların universal standartlarına uyğun olaraq həyata keçirir. PMD Group üçün, maraqlı tərəflər, müştərilər, işçilər və ictimaiyyət qarşısında şirkətin təkminləşdirilmiş korporativ mədəniyyətini, idarəçiliyini və hörmətli nüfuzunu qorumaq çox vacibdir. Yerli qanunlar, qaydalar və təcrübələrlə yanaşı, PMD Groupda qlobal standartlara cavab verən layihələri həyata keçirmək üçün beynəlxalq bilik və təcrübələr də mövcuddur. Bu təcrübələr PMD Groupun güclü korporativ idarəçiliyini daha da təkminləşdirir. Güclü bir korporativ mədəniyyətə və nüfuza sahib olmaq, PMD Group üçün dayanıqlılığa nail olmaq üçün əsas yol hesab olunur.
PMD Group cəmiyyətimizin rifahını dərindən düşünür. Bu səbəbdən şirkət, cəmiyyətə müsbət təsir etmək üçün bir çox qurumla əməkdaşlıq edərək və bir çox xeyriyyəçilik və ianələr həyata keçirir. İl boyu cəmiyyətin rifahına töhfə vermək üçün xeyriyyəçilik tədbirləri, qan bağışları, ağac əkmək günləri və bir çox digər tədbirlər keçirilir. Şirkətin təcrübə proqramı tələbələrə və yeni məzunlara peşəkar iş təcrübəsi verir. Bundan əlavə, PMD Groupun Korporativ Sosial Məsuliyyət tədbirləri idmanı və sağlam həyat tərzini də aktiv olaraq təşviq edir. Bu münasibətlə PMD Group "Triterra Baku Triatlon" klubunu və fəaliyyətini dəstəkləyir və sponsorluq edir.
Ətraf mühitə təsirini azaltmaq PMD Group-un dayanıqlı inkişaf strategiyasında əsas prioritetlərindən biridir. Bir çox inşaat fəaliyyətinə sahib bir şirkət olaraq PMD Group ətraf mühitə zərərli təsirini minimuma endirmək üçün zəruri tədbirlər görür. Layihələrin tikiləcəyi ərazilərdə ekosistem haqqında məlumat əldə etmək üçün eksperlər tərəfindən qiymətləndirmələr aparılır. PMD Group ofislərindən və tikinti fəaliyyətlərindən olan tullantıları müntəzəm olaraq ayırır və təkrar emal edir. Ofislərdəki işçilərə daha az kağız və plastikdən istifadə etmək və ətraf mühitə qarşı daha diqqətli olmaq tövsiyə olunur. Bundan əlavə, PMD Group ətraf mühitin mühafizəsi sahəsinə birlikdə töhfə vermək üçün həm dövlət, həm də qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir.