AZ

"Qalaaltı Hotel & Spa", Azərbaycanın şimal-şərqində, Şabran rayonunda yerləşən 5 ulduzlu sağlamlıq və istirahət üçün kurort kompleksidir

Otel kompleksi dağlıq meşə ilə əhatə olunmuş ecazkar mənzərədə yerləşir. Kompleksin memarlıq üslubu çox bənzərsizdir və müasir kurort kompleks standartlarına uyğundur. Bundan əlavə, kurort Bakıdan cəmi 120 kilometr uzaqda, 90 dəqiqəlik maşın yolu məsafəsində yerləşir. "Qalaalti Hotel & Spa"-da bütün zəruri standardlar və texnoloji avadanlıqlarla təchiz olunmuş 152 otaq, 16 suit və 3 villa var. Ən əsası, "Qalaalti Hotel & Spa"-nın yaşayış standartları qlobal otel standartlarına uyğundur. Kompleksdə tətildə olarkən, qonaqlar otelin stolüstü tennis, hovuzlar, dart, bowling, film gecələri, gəzinti turları, temalı şam yeməyi gecələri, canlı musiqi çıxışları, canlı idman tədbirləri (yayım) kimi bir çox əyləncə məşğuliyyətlərindən də istifadə edə bilərlər. "Qalaalti Hotel & Spa" da bir çox müalicəvi xüsusiyyətlərə malik olan Natfsu adlı məşhur neft tərkibli mineral su mənbəsi də yerləşir. Bu mineral su, əzələ-skelet sistemi, sinir sistemi, ürək -damar sistemi və digər xəstəliklərin müalicəsində istifadə olunur. "Qalaalti Hotel & Spa" tibbi müalicələrdən faydalanarkən səs-küylü şəhərlərdən uzaq gözəl təbiətdə gözəl bir tətil keçirmək üçün əla bir yerdir.

Qalaaltı Hotel & Spa Qalaaltı Hotel & Spa Qalaaltı Hotel & Spa
Dalga Beach Aquapark resort
Dalga Beach Aquapark resort

Mərdəkanda yerləşən “Dalga Beach Aquapark Resort” Azərbaycanın və Qafqazın ən böyük aqua parkıdır.

Garabagh Resort & Spa
Garabagh Resort & Spa

“Garabag Resort & Spa”, Azərbaycanın qərb bölgəsində Goranboy rayonun, Naftalan şəhərində yerləşən 5 ulduzlu istirahət və sağlamlıq mərkəzidir.

Gashalti Health Hotel Naftalan
Gashalti Health Hotel Naftalan

2011-ci ildə inşa edilmiş "Gashalti Health Hotel Naftalan", Kiçik Qafqaz dağlarının yaxınlığında, gözəl Naftalan şəhərində yerləşən 5 ulduzlu bir otel və müalicə kompleksidir.