AZ

Özündə premium-klass həyat səviyyəsini təcəssüm etdirən “Vurğun Residence” yaşayış kompleksi Zabitlər parkı və Bakı Dövlət Sirki yaxınlığında yerləşir.

“Vurğun Residence” yaşayış kompleksi Səməd Vurğun küçəsi 110 ünvanında, Zabitlər parkının qarşısında, Əjdərbəy məscidi ilə qonşuluqdadır. Kafelər, restoranlar, tərəvəz və çörək mağazası, gecə-gündüz işləyən supermarketlər əhatəsində yerləşən komplekdə sakinlər üçün hər şey əlçatandır. “Vurğun Residence” yaşayış kompleksi ən yaxın olan “Nizami” və “28 may” metro stansiyalarından təqribən 1 kilometr məsafədə yerləşir. Rahat nəqliyyat qovşağı sayəsində S. Vurğun küçəsindən Bakıxanov, Tbilisi prospektlərinə, Bakı, İzmir küçələrinə operativ çıxmaq mümkündur.

“Vurğun Residence” yaşayış kompleksi qüsursuz keyfiyyət və konsepsiya təqdim edir. Memarlıq xüsusiyyəti və əzəmətli görünüşü ilə seçilən 3 bina və 17 mərtəbədən ibarət, ümumi sahəsi 72 000 m2 olan yaşayış kompleks unikal yerləşmə mövqeyi və cəlbedici xarici görünüşü ilə diqqəti cəlb edir. Kompleksdə sahəsi 68 kvadrat metr olan ikiotaqlı mənzillər, sahəsi 700 kvadrat metrdən çox olan böyük terraslı və digər fərdi xüsusiyyətlərilə 8 otaqlı penthauslar da təklif olunur.

Yaşayış kompleksində sakinlərin maksimum rahatlığı üçün 4 mərtəbəli yeraltı dayanacaq, yaşıl terras, qapalı hovuz, fitnes klub, spa, gözəllik salonu,mini-futbol meydançası, uşaqlar üçün əyləncə-təhsil mərkəzi, və kafe-restoranlar təşkil olunmuşdur. Sakinlərin təhlükəsizliyi üçün kompleksdə 24 saat mühafizə və müşahidə kameraları sistemi və yanğın təhlükəsizlik sistemi mövcuddur.

Vurgun Residence Vurgun Residence Vurgun Residence Vurgun Residence Vurgun Residence

Yaşayış Binaları

Hamısına bax
Hillside Residence
Hillside Residence

102.1 m2-dən 312,9 m2-dək

Nizami Boutique House
Nizami Boutique House

142m2-dan 691m2-dək

Xəzri Rezidens
Xəzri Rezidens

58m2-dan 181m2-dək