İstifadə qaydalarının qəbulu
Siz bu vebsayta daxil olmaqla və istifadə etməklə aşağıda qeyd olunan istifadə şərtlərini qəbul edirsiniz. Əgər hər hansı səbəbdən bu şərtləri qismən və ya tamamilə qəbul etmirsinizsə, bu internet saytından istifadə etməməli və saytı tərk etməlisiniz.
İstifadə şərtləri heç bir xəbərdarlıq edilmədən dəyişdirilə bilər. İstifadə şərtlərinə edilən dəyişikliklər/düzəlişlər bu saytda yerləşdirildiyi andan qüvvəyə minir. İstifadə şərtlərinin son versiyasına çatımlılıq və bu barədə məlumatlı olmaq sayt istifadəçilərinin öhdəliyindədir. Tövsiyə edirik ki, İstifadə şərtlərinin son versiyasından xəbərdar olmaq üçün bu saytda yerləşdirilmiş İstifadə şərtlərini mütəmadi olaraq yoxlayasınız.
Məlumatlardan istifadə, Məhdudiyyətlər, Məxfilik bildirişi
Sizə aşağıda şərtlər daxilində bu İstifadə Şərtləri üzrə bütün öhdəliklərinizi yerinə yetirdiyiniz təqdirdə bu vebsaytdakı məlumatlara baxmaq, surətini çıxarmaq, çap etmək və bölüşmək (məlumatın əsas məzmununa xələl gətirmədən) üçün icazə verilir:
- Belə istifadə yalnız məlumat xarakterli və qeyri-kommersiya məqsədləri üçün olmalıdır;
- Məlumatların çıxarılmış surətində müəllif hüququ haqqında bildiriş və ya məzmunla əlaqəli digər qeyd əks olunmalıdır.
Eyni zamanda siz təsdiq edirsiniz ki, istinad kimi bu Şərtlərə daxil edilmiş Məxfilik və Kuki Bildirişinizə uyğun olaraq, şəxsi və digər məlumatlarınız bizim tərəfimizdən istifadə oluna bilər. Bununla siz bizim Məxfilik və Kuki Bildirişimizin şərtlərini, eləcə də müvafiq olaraq sizin üçün müəyyənləşdirilmiş öhdəlikləri qəbul edirsiniz.
İstinad məsələləri və məsuliyyətdən imtina
Bu vebsaytdakı müəyyən keçidlər sizi PMD Group-a daxil olan digər şirkətlərin və ya bu şirkətlərin əməkdaşları da daxil olmaqla, lakin onlarla məhdudlaşmamaq şərtilə, bizim nəzarətimizdə olmayan üçüncü tərəflərə aid vebsaytlara, resurslara və ya alətlərə yönləndirə bilər. PMD Group bu vebsaytlardakı məlumatların düzgünlüyünə və uyğunluğuna zəmanət vermir. Yuxarıda qeyd olunan bağlantılar yalnız məlumat məqsədi daşıyır və sayt istifadəçinin rahatlığı üçün təqdim edilir.
Biz, öz mülahizəmizə əsasən istənilən vaxt bütün istinadları və ya vebsaytımıza aid hər hansı bir istinadı silmək hüququnu özümüzdə saxlayırıq. Siz həm də razılıq verirsiniz ki, tələb olunduqda vebsəhifəmizə edilən bütün istinadları dərhal silməlisiniz.
Əqli mülkiyyət hüquqları
Bu vebsayta daxil edilmiş və ya vebsaytda təsvir olunmuş əqli mülkiyyət hüququ ilə mühafizə edilən obyektlərin (hər hansı proqram təminatı, əmtəə nişanı və s. ) surətini çıxarmaq və ya onlardan istifadə etmək hüququnuz yoxdur.
Bu vebsaytda digər tərəflərin (əməkdaşların) və ya PMD Qrupa daxil olan digər şirkətlərin əmtəə nişanına istinadlar yalnız identifikasiya məqsədi daşıyır. Bu İstifadə Şərtləri digər tərəflərin (əməkdaşların) və ya Qrupa daxil olan digər şirkətlərin əmtəə nişanından istifadə etməklə bağlı sizə heç bir hüquq vermir.