AZ

Ölkəmizdə daşınmaz əmlakın idarə olunması istiqamətində ən böyük şirkət olan “PMD Group” MMC də təsisçisi olduğu biznes vahidləri PMD Projects və FMG ilə birlikdə bu sərgidə iştirak etmişdir. Sərginin məqsədi işğaldan azad olunmuş Qarabağ bölgəsindəki müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesləri bu ərazilərin inkişafına və infrastrukturunun bərpasına, buraya investisiya qoyuluşuna təşviq etməkdir.
Daşınmaz əmlak şirkəti olaraq bizim üçün qürurverici haldır ki, PMD də işğaldan azad edilmiş bölgələrin dirçəlişində fəal rol oynuyur və gələcək sakinlər üçün yüksək keyfiyyətli infrastukturun qurulmasına dəstək verir. Qeyd edək ki, sərgidə PMD ikinci dəfədir ki, iştirak edir.