AZ

“PMD Group” MMC nümayəndələri Fransanın Kann şəhərində keçirilən və beynəlxalq daşınmaz əmlak sahəsində aparıcı qlobal tədbirlərdən biri olan MAPIC 2024- də iştirak etmişdir. Bu tədbirdə əməkdaşlarımız sənaye liderləri ilə tanış olmaq, yaranan yeni tendensiyalardan məlumatlı olmaq və daşınmaz əmlak sahəsindəki innovativ həlləri müzakirə etmək imkanı əldə etmişdir. Təcrübəmizi genişləndirməyə davam etdikcə, MAPIC kimi tədbirlərdə iştirak etmək həm beynəlxalq standartlardan hər zaman məlumatlı olmağımıza və gələcək əməkdaşlıq üçün əlaqələrimizi gücləndirməyə kömək edir.