AZ

“City Hotel” Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunmuşdur. Bu layihə “PMD Group” LLC tərəfindən icra olunmuşdur və portfelimizdə yer alan önəmli layihələrdən biridir. 130 otaqdan ibarət olan oteldə qonaqların rahatlığı üçün ən müasir standartlara cavab verən infrastruktur nəzərdə tutulmuşdur.

PMD olaraq biz işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərə daim dəstək olaraq bu ərazilərin tarixi-mədəni dəyərləri ilə yanaşı, təbiətinin, yeraltı və yerüstü sərvətlərinin, geniş turizm imkanlarının səmərəli istifadəsinə daim töhfə verməyə çalışırıq.