AZ

“Dalğa Plaza” beynəlxalq standartlar və iş mərkəzlərinin tələbləri əsasında hazırlanmış, dəniz mənzərəsi və gözəl fasadı olan, müasir, A Klass ofis kompleksidir.

1 bina və 12 mərtəbədən ibarət kompleks 2008-ci ildə istifadəyə verilmişdir. Ecazkar görünüşü və yüksək səviyyəli iş şəraiti ilə təmin olunmuş kompleksin daxili modern və memari dizyanı icarədarların yüksək statusunun xəbərçisi olacaqdır.

“Dalğa Plaza” biznes mərkəzi Bakı şəhərinin mərkəzi yollarından birində - Nefçilər prospektində yerləşir. Əlverişli yerləşməyə sahib olan kompleks paytaxtın digər biznes zonalarına rahat çıxışı təmin edir. Mərkəz ictimai naqliyyata yaxın olmağıyıa bərabər İçəri Şəhər metrosundan 15 dəqiqəlik məsafədədir. Binaya kartla giriş, qeydiyyat bölməsi, qonaqlar üçün lobbi-bar və möhtəşəm memari dizayn ilə hazırlanmış 25 nəfərlik iclas zalı icarədarların qonaqlarını yüksək səviyyədə qarşılamasına və rahat biznes görüşlərinin keçirməsinə tam şərait yaradır. Xəzər dənizi və bulvara ecazkar panoraması olan “Dalğa Restoran”-ı 11ci mərtəbədə, icarədarların xidmətindədir.

Biznes üçün tələb olunan bütün şərtlər və xidmətlər, ümumi sahəsi 11000 m2 olan bir binada gerçəkləşir. 24 saat iş rejmi, yanğından mühafizə sistemi, 24 saat video müşahidə və təhlükəsizlik xidməti sizin biznesinizin təhlükəsizliyini və davamlılığını təmin edəcəkdir. Əlverişli ərazidə yerləşən “Dalğa Plaza”-da, yüksək sürətli internet, müasir tələblərə tam cavab verən 3 lift və 500 yerlik açıq avtodayanacaq mövcuddur.

Dalğa Plaza Dalğa Plaza Dalğa Plaza Dalğa Plaza Dalğa Plaza

Kommersiya Binaları

Hamısına bax
Bayıl Plaza
Bayıl Plaza

Biznes mərkəzi Xəzər dənizinə açılan füsunkar mənzərəsi ilə iş adamlarına müasir və komfortlu mühit təklif edir.

Üzeyir Hacıbəyli 57
Üzeyir Hacıbəyli 57

“Üzeyir Hacıbəyli 57” ofislərinin yerləşdiyi ərazi biznes üçün çox əlverişlidir.

Çinar Plaza
Çinar Plaza

"Çinar Plaza" biznes mərkəzi Bakının mərkəzi prospektində, Heydər Əliyev prospektində yerləşir.