AZ

Tədbirdə “PMD Group” MMC-nin İdarə Heyətinin sədri Ruslan Mikailov da çıxış etmişdir. Çıxış zamanı seminariyanın bərpası ilə təhsildə və mədəniyyətdə xeyriyyəçilik ənənələrinin yenidən canlanmasından, “Bir Sahibkarın Manifesti” konsepti fonunda Universitet-özəl sektor əməkdaşlığı barədə müzakirələr olmuşdur. Qeyd edildi ki, cəmiyyətin bütün sahələrində fəaliyyət göstərən peşəkarları yetişdirən müəllimlərdir- xeyriyyəçini də müəllim yetişdirir, sahibkarı da. Məhz elə buna görə də sahibkarlarımız da öz növbələrində müəllimlərin yetişdirilməsinə dəstək göstərirlər və PMD olaraq biz də bu təşəbbüsə qoşulur və bu istiqamətdə müxtəlif işlərin icrasını həyata keçiririk.