AZ

Bakının mərkəzində yerləşən Paulaner Brauhaus, şəhərin Alman ənənəvi pivə və yeməklərini təqdim edən ən yaxşı restoranlarından biridir.

Restoran, Münhendə yerləşən dünyaca məşhur Paulaner Franchise & Consulting GmbH şirkətinin tərkibindədir. Restoran ənənəvi Bavariya elementlərini müasir həyat tərzi ilə birləşdirir. Qonaqlar burada Bavariya interyer dizaynından və mətbəxindən zövq alarkən Alman mədəniyyətinin bir çox xüsusiyyətlərini görə bilərlər. Menyu, Bavariya mədəniyyətinin ən əhəmiyyətli elementlərini müasir yemək trendəri ilə birləşdirir. Paulaner, müştərilərinə əsl Alman təcrübəsini təqdim etmək üçün istehsal prosesində ən keyfiyyətli inqrediyentlərdən istifadə edir. Bundan əlavə, restoranda Asparaqus həftələri, Oktoberfest, fərqli konseptli partiləri özündə birləşdirən bir tədbirlər təqvimi var; hətta xüsusi tədbirlər üçün də rezervasiyalar da oluna bilər. Paulaner Brauhausda canlı idman oyunları da yayımlanır və qonaqlar restoranda həyəcanlı idman oyunlarına birlikdə baxa bilərlər. Paulaner Brauhaus, ailə və dostlarla yaxşı vaxt keçirərkən Alman ənənələri, içkiləri, yeməkləri, interyeri və gözəl musiqilərdən almaq üçün yaxşı vaxt keçirmək üçün ideal bir yerdir.

Paulaner Brauhaus Paulaner Brauhaus Paulaner Brauhaus Paulaner Brauhaus
Dalga  Beach Aquapark resort
Dalga Beach Aquapark resort

Mərdəkanda yerləşən “Dalga Beach Aquapark Resort” Azərbaycanın və Qafqazın ən böyük aqua parkıdır.

Garabagh Resort & Spa
Garabagh Resort & Spa

“Garabag Resort & Spa”, Azərbaycanın qərb bölgəsində Goranboy rayonun, Naftalan şəhərində yerləşən 5 ulduzlu istirahət və sağlamlıq mərkəzidir.

Gashalti Health Hotel Naftalan
Gashalti Health Hotel Naftalan

2011-ci ildə inşa edilmiş "Gashalti Health Hotel Naftalan", Kiçik Qafqaz dağlarının yaxınlığında, gözəl Naftalan şəhərində yerləşən 5 ulduzlu bir otel və müalicə kompleksidir.