AZ

2011-ci ildə inşa edilmiş "Gashalti Health Hotel Naftalan", Kiçik Qafqaz dağlarının yaxınlığında, gözəl Naftalan şəhərində yerləşən 5 ulduzlu bir otel və müalicə kompleksidir.

Otel yerləşdiyi yerə görə Naftalanın gözəl təbiəti və meşələri ilə əhatə olunmuşdur. Otel kompleksi lüks 5 ulduzlu kurort və müalicə mərkəzinin bütün xüsusiyyətlərini özündə birləşdirir. Bundan əlavə, yaşayış və tibb klinikasından başqa kompleksdə spa və sağlamlıq mərkəzi, açıq və qapalı hovuzlar, bowling salonu, fitness mərkəzi, velosiped yolları, kinoteatr və uşaq meydançası var. İstirahət mərkəzinin bütün otaqları 5 ulduzlu otel standartlarına zəruri olan avadanlıqlarla təchiz olunmuşdur və ən əsası beynəlxalq otel standartlarına uyğundur. Otelin restoranları qonaqlara həm yerli, həm də xarici mətbəxdən yemək və içkilər təklif edir. "Gashalti Health Hotel Naftalan"-ın müalicə klinikası qonaqlarına bir çox xəstəliklərin dərmanı və müalicəvi xüsusiyyətləri olan Naftalan yağını təqdim edir. Bundan əlavə, müalicə mərkəzində peşəkar təlim keçmiş tibb işçiləri fizioterapiya, hidroterapiya və masaj kimi bir çox müalicəni həyata keçirirlər. "Gashalti Health Hotel Naftalan", hər bir qonağına ən yaxşı təcrübə bəxş etmək üçün fərdi və özünəməxsus bir yanaşmaya ilə fəaliyyət göstərir. Otel kompleksi Gəncə Beynəlxalq Hava Limanından cəmi 40 dəqiqəlik maşın yolu məsafəsindədir.

Gashalti Health Hotel Naftalan Gashalti Health Hotel Naftalan Gashalti Health Hotel Naftalan
Dalga  Beach Aquapark resort
Dalga Beach Aquapark resort

Mərdəkanda yerləşən “Dalga Beach Aquapark Resort” Azərbaycanın və Qafqazın ən böyük aqua parkıdır.

Garabagh Resort & Spa
Garabagh Resort & Spa

“Garabag Resort & Spa”, Azərbaycanın qərb bölgəsində Goranboy rayonun, Naftalan şəhərində yerləşən 5 ulduzlu istirahət və sağlamlıq mərkəzidir.

Lankaran springs Wellnes Resort
Lankaran springs Wellnes Resort

"Lankaran Springs Wellness Resort", Azərbaycanın cənubunda, Lənkəran şəhərinin Haftoni rayonunda yerləşən otel və kurort kompleksidir.