RU

İnsanlar / İşçi heyəti

Şirkətimizin insanları bizim ən dəyərli üstünlüyümüzdür. Biz əməkdaşlarımızı hər zaman yüksək qiymətləndirir və onları şirkətin nailiyyətlərinə səbəb olan əsas motivlər olduğunu bilirik. Şirkətimizdə təşkilatın missiyası və korporativ dəyərlərinə uyğun olaraq, insanlarımızın məhsuldarlığı artırmaq və onların peşəkar kimi inkişaf etdirmək üçün əlimizdən gələni edirik. İnsan kapitalı bizim üçün ən vacib amildir və PMD-də biz davamlı olaraq əməkdaşlarımızın peşəkar inkişafını və rifahını təmin etmək üçün siyasət və yeniliklər formalaşdıracağıq. 

Təşkilat strukturumuzda əməkdaşlarla effektiv ünsiyyət və şəffaflıq yüksək prioritet hesab olunur. Biz həmişə hər bir departamentimizdə insanların şirkətdəki bütün dəyişikliklər və yeniliklərdən xəbərdar olmasını təmin edirik. PMD-də hər bir proses, o cümlədən yeni yaradılmış bütün prosedurlar insanlarımızın ehtiyacları, eləcə də onların gələcək peşəkar inkişafına uyğun müəyyən edilir.

İnsanlar / İşçi heyəti

Peşəkar inkişaf

İnsanların inkişafı PMD üçün əsas prioritetdir. Əməkdaşlarımızın peşəkar yüksəlişi bizim uzunmüddətli strategiyamızdır. Bu məqsədimizə nail olmaq üçün şirkətimiz daxilində bütün səviyyələrdə çalışan əməkdaşlarımız üçün hərtərəfli təlim proqramları keçirir və müxtəlif sahələrdə təhsil imkanlarını maliyyələşdiririk. 

Bu strategiyamızın mühüm bir hissəsi olaraq biz müxtəlif yerli və beynəlxalq qurumlarla müqavilələr imzalayıb və bir çox təşkilatlara üzv olmuşuq. Ötən il şirkətimiz ACCA-nın (Association of Chartered Certified Accountants) üzvü olaraq əməkdaşlarımıza CFA, CIA və CIPS üzvləri olmaq imkanı yaraqtdıq. Bundan əlavə, biz insanlarımızı peşəkar sertifikatlar əldə etmək üçün keçirilən imtahanlarda ən yaxşı nəticələrə nail olmağa həvəsləndiririk. Təlim proqramlarımız təkcə dünya səviyyəsində olan sertifikatlarla məhdudlaşmır, biz həm də yerli tendensiyaları və yenilikləri də nəzərə alırıq. Buna uyğun olaraq, əməkdaşlarımıza müxtəlif tədbirlərə qoşulmaq və vacib yerli ixtisaslaşmaları öyrənmək üçün lazımi imkanları yaradırıq.

Təşkilat olaraq biz əməkdaşlarımız karyera yüksəlişlərində dəstəkləməkdən çox məmnunuq və onların uğur və nailiyyətlərini görməkdən qürur duyuruq. PMD həmişə öz əməkdaşlarının inkişafı üçün yaradılan strategiyasına sadiq qalaraq onu davamlı olaraq təkmilləşdirəcək.

Peşəkar inkişaf

Mükafatlar və təqdirlər

Biz düşünürük ki, biznesdə uğur və nailiyyətlər heç vaxt bir nəfər tərəfindən əldə edilmir; onlar insanlardan ibarət komanda tərəfindən həyata keçirilir. Şirkət olaraq bütün nailiyyətlərimizə görə təşkilatımızın komandalarındakı peşəkar insanlara təşəkkür edirik. Gənc amma tanınmış şirkət olmağımıza baxmayaraq, biz minnətdarlığımızı göstərmək üçün beş və daha çox ildir bizimlə olan əməkdaşlarımızı davamlı zəhmətlərinə görə mükafatlandırırıq. PMD-də biz daima insanlarımızı ruhlandırmağa və onların şirkətimizdəki nailiyyətlərini mükafatlandırmağa davam edəcəyik.

Mükafatlar və təqdirlər

Təcrübə proqramları

Gənclərimiz Azərbaycanın gələcəyinin bünövrəsidir. 2016-cı ildən biz universitetlərlə tərəfdaşlıq müqavilələri imzalayaraq gənc istedadlar üçün təcrübə proqramlarını həyata keçirməyə başlamışıq. Azərbaycan Memarlıq və İnşaat Universiteti təhsil təşəbbüsümüzə qoşulan ilk universitet olmuşdur. Tərəfdaşlığımızın iki ili ərzində təcrübə proqramlarını uğurla başa vurmuş tələbələr şirkətimiz daxilindəki layihə komandaları üçün müxtəlif vəzifələr üçün işə cəlb olunmuşdurlar.

Bundan əlavə, biz son illərdə daha çox gənc istedadları təcrübə proqramlarımıza cəlb etmək və işə qəbul etmək üçün müxtəlif təhsil və karyera sərgilərində iştirak etmişik. Gənclərimiz üçün daha çox iş imkanları yaratmaq üçün ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıqlar olmuşdur. Bu il biz PMD-nin müxtəlif şöbələrində fəaliyyət göstərmək üçün on beş təcrübəçini işə götürmüşük. Təcrübə müddətində tələbələr korporativ mədəniyyəti, peşəkar iş mühitini yaşayaraq vacib bacarıq və biliklərə yiyələnmişdirlər. Onlardan 5-i təcrübə müddətini uğurla başa çatdıraraq şirkətimizin şöbələrində müxtəlif vəzifələrə tam ştatlı işçi kimi fəaliyyətə başlamışdırlar. 

Biz korporativ birlik olaraq Azərbaycan gənclərinin təhsilinə böyük əhəmiyyət verir və onların peşəkar inkişafına daim dəstək oluruq. Biz şirkət olaraq gənc nəsillərin savadlanması və cəmiyyətimizin daha da çiçəklənməsi yolunda təcrübə proqramlarımızı davam etdirmək üçün əlimizdən gələni edəcəyik. 

Təcrübə proqramları

Karyera / İş imkanları

Bizim işə qəbul prosesimiz ədalətlidir və yerli və dünya miqyasında olan insan resurslarının idarə edilməsi standartlarına əsaslanır. Azərbaycan vətəndaşlığı olan və ya Azərbaycanda işləmək hüququ olan hər kəs şirkətimiz daxilində mövcud vakansiyalar üçün müraciət edə bilər.

Maraqlanan bütün namizədlər öz CV-lərini və motivasiya məktublarını internet saytımızın müvafiq bölməsinə yükləyə və ya birbaşa işə qəbul electron poçt ünvanımıza göndərməklə mövcud vakansiyalara müraciət edə bilərlər. CV-nin yoxlanılması prosesindən sonra seçilmiş namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Bütün namizədlərə müsahibə mərhələsinin və ya CV-nin yoxlanılması prosesinin nəticələri barədə elektron poçt vasitəsilə məlumat veriləcək. Bundan əlavə, göndərilən bütün CV-lər gələcək iş imkanları üçün məlumat bazamızda toplanır.

Karyera / İş imkanları