Molokan Palace

Bina Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi 3 ünvanında yerləşir və çoxməqsədli təyinata malikdir. Bina 4 mərtəbəlidir, 1-ci mərtəbədə lüks kateqoriyalı mağazalar, 2-ci mərtəbədə ofislər və ictimai iaşə obyektləri, 3-cü və 4-cü mərtəbələrdə isə mebellə təmin olunmuş, cəlbedici dizayna malik mənzillərin yerləşməsi nəzərdə tutulub. Bina Xaqani bağının yanında yerləşir (keçmiş Malakan bağı).



Molokan Palace layihəsinin maraqlı xüsusiyyəti yerləşdiyi binanın tarixi əhəmiyyət daşımasındadır. Bina Azərbaycan memarlığının intibah dövründə – 20-ci əsrin əvvəllərində inşa olunub və dövlət tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi statusuna layiq görülüb.



Binanın bərpası zamanı qarşımıza qoyduğumuz əsas məqsəd onun tarixi simasını qoruyub saxlamaq, həmçinin binanın gələcək sakinlərinin və istifadəçilərinin rahatlığını təmin etməkdir.