Vurğun Residence

Zabitlər parkı və Bakı Dövlət Sirkinin yaxınlığında, S.Vurğun 306 küçəsində yerləşən yeni "Vurğun Residence" yaşayış kompleksi, özündə Premium-klass yüksək həyat səviyyəsini təcəssüm etdirərək qüsursuz keyfiyyət və konsepsiyanı sizə təqdim edir. Müasir memarlıq standartlarına uyğun olaraq tikilən 18 mərtəbəli kompleks, unikal yerləşmə mövqeyi və cəlbedici xarici görünüşü sayəsində yaxın illərdə bu ərazinin əsas məkanına çevriləcəkdir.



"Vurğun Residence" sakinlər üçün maksimal komfortun təmin edilməsini nəzərə almaqla layihələndirilmişdir. Bu məqsədlə, yeraltı dayanacaq, yaşıl terras, qapalı hovuz, uşaqlar üçün əyləncə-təhsil mərkəzi, fitnes klub və kafe-restoranlar üçün məkan təşkil edilmişdir.



Pəncərə və balkonlarından şəhərin dəbdəbəli panoraması açılan gözəl mənzillər sizin gündəlik həyatınıza ruh qatacaq, qiymət və keyfiyyətin vəhdəti, sizin ev seçmənizdə "Vurğun Residence"-in ideal qərar olmasına səbəb olacaqdır!