BEGOC Biznes mərkəzi

Şirkətimiz BEGOC Biznes mərkəzinin idarə olunmasını həyata keçirir. BEGOC Biznes mərkəzi səmərəli ofis mərkəzi haqqında müasir anlayışı özündə təcəssüm etdirir. Biznes mərkəzini müasir memarlıq və inşaat texnologiyaları, inkişaf etmiş infrastrukturu, rahat ofis planları və yerləşməsi səciyyələndirir. Bina biznes obyektlərinin inşaatının müasir nailiyyətləri nəzərə alınaraq inşa edilmişdir.



6 mərtəbəli “BEGOC” biznes mərkəzi Bakının iş və əyləncə rayonunun tam mərkəzində yerləşir. Binada "Mari Vanna" restoranı, bağlı həyət və yeraltı qaraj mövcuddur. İctimai nəqliyyat üçün biznes mərkəz uyğun yerdə yerləşir ki, “Sahil” və “28 May” metro stansiyaları üçün 10-15 dəq. məsafədə yerləşir.